“Atasığorta”ya məxsus mədaxil qəbzləri itib

“Atasığorta”ya məxsus mədaxil qəbzləri itib Qəbzləri şirkətin əməkdaşlıq etdiyi sığorta agentləri itirib
Maliyyə
26 dekabr 2016 05:39
“Atasığorta”ya məxsus mədaxil qəbzləri itib

Bakı. 26 dekabr. REPORT.AZ/ “Atasığorta” ASC-yə məxsus 139 ədəd 7S (mədaxil) qəbzi itib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, qəbzlər itdiyi üçün etibarsız sayılır.

Şirkətdən isə “Report”a bildirilib ki, qəbzləri “Atasığorta”nın əməkdaşlıq etdiyi sığorta agentləri itirib: “Bu qəbzlər onlara şirkətə ödədikləri sığorta haqları müqabilində verilib. Qəbzlərin bir hissəsi itdiyi üçün rəsmi mətbuatda bununla bağlı elan vermək zərurəti yaranıb”.

Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi