“AtaSığorta”ya təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb

“AtaSığorta”ya təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb Bakı. 20 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb.
Maliyyə
1453
20 Dekabr , 2018 10:40
“AtaSığorta”ya təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb.

Palatadan “Report”a verilən məlumata görə, “AtaSığorta”nın məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar “Sığorta fəaliyyəti haqqında” qanununun 106.1.8-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi