“Atasığorta” səhmdarına hesabat verəcək

“Atasığorta” səhmdarına hesabat verəcək Şirkətin səhmdarlarının yığıncağı çağırılıb
Maliyyə
25 Aprel , 2017 08:53
“Atasığorta” səhmdarına hesabat verəcək

Bakı. 25 aprel. REPORT.AZ/ İyunun 12-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 55 ünvanında (“Yeni Həyat” iş mərkəzinin 8-ci mərtəbəsində) olacaq.

Yığıncağın gündəliyinə 2016-cı maliyyə ili üzrə “Atasığorta”nın Direktorlar Şurasının və İdarə Heyətinin hesabatının, eləcə də müstəqil auditor rəyi ilə təsdiq edilmiş malıiyyə hesabatının dinlənilməsi, şirkətin mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi