“Atasığorta” nizamnamə kapitalını artırıb

“Atasığorta” nizamnamə kapitalını artırıb Bakı. 17 avqust. REPORT.AZ/ “Atasığorta” ASC nizamnamə kapitalını 2,2 mln. manat və yaxud 17,74% artıraraq 14,6 mln. manata çatdırıb.
Maliyyə
17 Avqust , 2018 10:09
“Atasığorta” nizamnamə kapitalını artırıb

Bakı. 17 avqust. REPORT.AZ/ “Atasığorta” ASC nizamnamə kapitalını 2,2 mln. manat və yaxud 17,74% artıraraq 14,6 mln. manata çatdırıb.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 25 manat olan 88 min ədəd adi, sənədsiz, adlı səhm buraxılıb. “Unicapital” investisiya şirkətinin vasitəçiliyi ilə Bakı Fond Birjasında bağlanmış əqd nəticəsində yeni səhmləri şirkətin yeganə səhmdarı – “Ataholding” MMC əldə edib. 

Son xəbərlər

Orphus sistemi