"Atasığorta"nın yığımları 11% artıb

"Atasığorta"nın yığımları 11% artıb Bakı. 14 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “Atasığorta” ASC-nin yığımları 1 339 872 manat təşkil edib. Şirkətdən “Report”a verilən m...
Maliyyə
14 Mart , 2017 12:36
Atasığortanın yığımları 11% artıb

Bakı. 14 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “Atasığorta” ASC-nin yığımları 1 339 872 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,05% çoxdur.

Hesabat dövründə “Atasığorta”nın ödənişləri isə azalıb. Belə ki, Şirkət iki ay ərzində 529 868 manat ödəniş edib və bu, illik müqayisədə 10,48% azdır.

Cari ilin yanvar-fevral aylarında “Atasığorta” topladığı hər 100 manat sığorta haqqının 39,55 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-fevral aylarında 48,51% olub.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi