“Atasığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Atasığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək Dekabrın 28-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
110
26 Noyabr , 2020 11:32
“Atasığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 28-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədr müavini Qoşqar Həsənovun səlahiyyət müddətinə baxılması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi