"Atasığorta"nın sədri şirkətdən borc alıb

"Atasığorta"nın sədri şirkətdən borc alıb Borc şirkətin Direktorlar Şurasının razılığı ilə götürülüb
Maliyyə
8 Sentyabr , 2016 13:58
Atasığortanın sədri şirkətdən borc alıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Atasığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev şirkətdən 200 min manat borc alıb. "Report" xəbər verir ki, bununla bağlı "Atasığorta" ilə sədr arasında müqavilə bu ilin aprelin 11-də imzalanıb.

Şirkətin Direktorlar Şurası sədrə borc verilməsinə bu ilin martın 30-da razılıq verib.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi