"Atasığorta"nın rəhbərliyi dəyişir

"Atasığorta"nın rəhbərliyi dəyişir Atasığorta ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev vəzifəsini tərk edir.
Maliyyə
121
9 May , 2019 09:22
Atasığortanın rəhbərliyi dəyişir

"Atasığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev vəzifəsini tərk edir.

Bu barədə "Report"a maliyyə bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, M.Əliyev sabahdan əmək fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-də maliyyə direktoru kimi davam etdirəcək. Xatırladaq ki, o, 2012-ci ildən sığorta şirkətinə rəhbərlik edir.

"Atasığorta"nın yeni rəhbəri də sabah məlum olacaq. Bununla bağlı şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi