“Atasığorta”nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

“Atasığorta”nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib “Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının vaxtı mayın 27-dən mayın 31-nə dəyişdirilib.
Maliyyə
22 May , 2020 16:56
“Atasığorta”nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

“Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının vaxtı mayın 27-dən mayın 31-nə dəyişdirilib. 

“Report” xəbər verir ki, buna səbəb əvvəlki tarixin Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günü elan edilməsidir. 

Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi