"Atabank" yanvar-sentyabr aylarını 15 mln. manat mənfəətlə başa vurub

"Atabank" yanvar-sentyabr aylarını 15 mln. manat mənfəətlə başa vurub İlin əvvəlindən Bankın aktivləri 21% azalıb
Maliyyə
3 Noyabr , 2016 15:51
Atabank yanvar-sentyabr aylarını 15 mln. manat mənfəətlə başa vurub

Bakı. 3 noyabr. REPORT.AZ/ "Atabank" ASC-nin aktivləri bu ilin əvvəlindən 123 859,7 min manat və ya 21% azalaraq 2016-cı il oktyabrın 1-nə 474 408,4 min manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə kredit portfeli 114 365,8 min manat və ya 22% azalaraq 410 650,4 min manat olub. Portfelin 70 401,6 min manatı istehlak kreditlərinin payına düşüb.

Depozit portfeli bu müddətdə 54 936,3 min manat və ya 13% azalaraq oktyabrın 1-nə 381 647,9 min manat təşkil edib. Depozitlərin 209 486,2 min manatını əhalinin əmanətləri əhatə edib.

Oktyabrın 1-nə bankın nizamnamə kapitalı 50 mln. manat, məcmu kapitalı 69 971,9 min manat təşkil edib.

Qeyd edək ki, "Atabank" cari ildə 15 061,3 min manat həcmində mənfəət əldə edib. Belə ki, bu müddətdə Bankın gəlirləri 51 308,7 min manat, xərcləri 36 247,5 min manat olub.  

Son xəbərlər

Orphus sistemi