Bakı. 18 fevral. REPORT.AZ/ Cari il yanvarın 1-nə “AtaBank” ASC-nin cəmi aktivləri 607,2 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0% artım deməkdir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, cari ilin əvvəlinə Bankın kredit portfeli 530,4 mln. manat, cari hesablar da daxil olmaqla öhdəlikləri 534,0 mln. manat, o cümlədən müddətli əmanət portfeli 443,5 mln. manat, fiziki şəxslərin müddətli əmanətləri 260,8 mln. manat, məcmu kapitalı isə 53,7 mln. manat olub.
Qeyd edək ki, "Atabank" ötən ili 1,4 mln. manat xalis mənfəətlə başa vurub.