"Atabank" müştərilərinə yeni kredit məhsulu təqdim edir

"Atabank" müştərilərinə yeni kredit məhsulu təqdim edir Bakı. 5 mart. REPORT.AZ/ “Atabank” ASC müştərilərinə qızıl və zinət əşyalarını girov qoyaraq sərfəli şərtlərlə lombard krediti əldə etmək imkanı yaranıb.
Maliyyə
5 Mart , 2018 10:48
Atabank müştərilərinə yeni kredit məhsulu təqdim edir

Bakı. 5 mart. REPORT.AZ/ “Atabank” ASC müştərilərinə qızıl və zinət əşyalarını girov qoyaraq sərfəli şərtlərlə lombard krediti əldə etmək imkanı yaranıb.

“Report” Banka istinadən xəbər verir ki, kredit verilərkən zamin və yaxud iş yerindən arayış tələb olunmur.

“Bu, rəsmi iş yeri olmayan müştərilərin kredit əldə edə bilməsi üçün əla fürsətdir. “Atabank”ın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə, qısa müddət ərzində qızıl və zinət əşyalarını girov qoyaraq nağd pul əldə etmək mümkündür. Kredit ödənildikdən sonra girov tam şəkildə müştəriyə geri qaytarılacaq”, - deyə məlumatda qeyd edilib.

Lombard krediti maksimum 10 min manat və 36 aylıq müddətə olmaqla, illik 22-26%-lə ayrılır.

Xatırladaq ki, “Atabank”ın digər çox sərfəli “Ekspress”, “Klassik” və “Avtomobil” kredit məhsulları da mövcuddur. Bankın müştəriləri dünyanın istənilən yerində kredit kartlarından istifadə edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən "Atabank" 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi