Bakı. 30 avqust. REPORT.AZ/ “AtaBank” ASC Korporativ Sosial Məsuliyyət çərçivəsində 6 sentaybr tarixindən etibarən Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu ilə birgə müştəriləri üçün layihəyə başlayır. Layihə çərçivəsində “AtaBank”ın müştəriləri 2 həftə ərzində gözlərini tam ödənişsiz müayinə etmək fürsəti əldə edəcəklər.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Layihə Qurban Bayramı tətilindən sonra başlayaraq 2 həftə boyunca növbəli şəkildə Bankın “Dostluq” və “Nərimanov” filiallarında həyata keçiriləcək. Mobil göz klinikası 6-12 sentyabr tarixlərində Azadlıq prospekti,124 ünvanında yerləşən “Dostluq”, 13-19 sentyabrda isə Əhməd Rəcəbli küçəsi,9A ünvanında yerləşən “Nərimanov” filiallarında quraşdırılacaq. Gözlərini Dünyagöz Klinikasının peşəkar həkimlərinə müayinə etdirmək istəyən “AtaBank” müştəriləri saat 09:00-dan 17:00-a kimi qeyd olunan filiallara yaxınlaşa bilərlər.
Layihə müddətində müayinəyə çatmayan müştərilər istənilən vaxt klinikada 15% endirimlə müayinə oluna bilərlər. Bundan əlavə, göz əməliyyatına ehtiyacı olan "AtaBank" müştəriləri Dünyagöz Xəstəxanasından 10% endirim əldə edəcəklər. Bunun üçün ödənişi sadəcə “AtaBank”ın “Visa” və ya “MasterCard” plastik kartları vasitəsi ilə həyata keçirmək kifayətdir.