“Atabank" mənfəətlə işləməkdə davam edir

“Atabank" mənfəətlə işləməkdə davam edir Bakı. 25 oktyabr. REPORT.AZ/ “Atabank” ASC-nin aktivləri illik müqayisədə 5% azalaraq 2018-ci il oktyabrın 1-nə 589 147 min manat təşkil edib.
Maliyyə
25 Oktyabr , 2018 12:54
“Atabank mənfəətlə işləməkdə davam edir

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Atabank” ASC-nin aktivləri illik müqayisədə 5% azalaraq 2018-ci il oktyabrın 1-nə 589 147 min manat təşkil edib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 16% azalaraq bu il oktyabrın 1-nə 407 061 min manata yüksəlib.

Cəmi öhdəliklər illik 6% azalaraq 444 694 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 4% artaraq 305 290 min manat olub. AMB-nin banka qarşı tələbləri illik dəyişməyərək 2018-ci il oktyabrın 1-nə 20,0 mln. manat səviyyəsində qalıb. 2018-ci il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 120,0 mln. manat, cəmi kapitalı 144 453 min manat təşkil edib.

Bank 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 86 min manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 dəfəyə yaxın azalma deməkdir. 2018-ci ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 31 274 min manat, qeyri-faiz gəlirləri 4 059 min manat, faiz xərcləri 19 121 min manat, qeyri-faiz xərcləri 17 758 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi