Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın "AtaBank" ASC yeni "MasterCard" tipli kartlarını "MasterCard Contactless" funksionallığı ilə təmin edib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, Bankın tərəfdaşlar şəbəkəsində quraşdırılmış POS-terminallar kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb və bu cür kartları qəbul etməyə hazırdır.
Məlumatda deyilir ki, "AtaBank" ASC 2013-cü ildən "MasterCard Europe SPRL" beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvüdür. Ölkənin ən böyük POS-terminal şəbəkəsinə malik olan "AtaBank" kontaktsız ödənişlərin qəbulu üçün tədricən bütün POS-terminal şəbəkəsində bu funksiyanı aktivləşdirir.
Bankın emissiya etdiyi kartların ümumi sayı 26 minə yaxındır. Bankın bankomatlarının sayı 78, POS-terminalların sayı isə 18 567 ədəddir.