"Atabank"ın sədrinə yeni səlahiyyət verilib

"Atabank"ın sədrinə yeni səlahiyyət verilib Bununla bağlı qərar Bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilib
Maliyyə
9 Sentyabr , 2016 15:39
Atabankın sədrinə yeni səlahiyyət verilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Atabank" ASC-nin İdarə Heyətinin sədrinə (hazırda bu vəzifəni Dəyanət Quliyev tutur) yeni səlahiyyət verilib. 

"Report" xəbər verir ki, bununla bağlı qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilib.

Qərara əsasən, "Atabank"ın mülkiyyətindəki ipoteka predmetləri olmuş daşınmaz əmlakların təkrar bazarda satılması bankın sədrinə həvalə edilib.

Xatırladaq ki, "Atabank" 1993-cü ildə yaradılıb, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20 manat olan 2,5 mln. səhm əsasında formalaşıb.

Səhmlərin 76%-i adı çəkilən Holdinqə, 15,88%-i Əşrəf Kamil oğlu Kamilova (Bankın Müşahidə Şurasının (MŞ) sədri, Holdinqin MŞ sədrinin I müavini), 8,12%-i Mahir Əhmədağa oğlu Rəfiyevə (vergilər naziri Fazil Məmmədovun müşaviri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi