“Atabank”ın Müşahidə Şurasının tərkibi yenilənib

“Atabank”ın Müşahidə Şurasının tərkibi yenilənib Əşrəf Kamilovu Fərid Hüseynov əvəz edib
Maliyyə
28 Sentyabr , 2017 14:55
“Atabank”ın Müşahidə Şurasının tərkibi yenilənib

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Atabank” ASC-nin Müşahidə Şurasının (MŞ) tərkbində dəyişikliklər olub.

“Report” xəbər verir ki, MŞ-nın sədri Əşrəf Kamilovu Fərid Hüseynov əvəz edib.

Bundan başqa, MŞ-nın üzvləri Əhməd Ərəntok və İltifat Ağayev vəzifələrindən kənarlaşdırılıb, onların yerinə Fərid İsayev seçilib. MŞ-nın üzvü olan Adıgözəl Ağayev isə vəzifəsində qalıb.

“Atabank”ın İdarə Heyətinə (İH) də yeni təyinat olub. Kamran Orucəliyev İH-nin sədr müavini vəzifəsinə gətirilib.

"Atabank" 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 120,02 mln. manatdır. Bankın əsas səhmdarı “Synergy Group” MMC-dir. 

Son xəbərlər

Orphus sistemi