"Atabank"ın mənfəəti 21% artıb

"Atabank"ın mənfəəti 21% artıb Bank birinci rübdə 17 mln. manat gəlir əldə edib
Maliyyə
27 Aprel , 2016 14:20
Atabankın mənfəəti 21% artıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Atabank" ASC cari ilin birinci rübündə 6 113,0 min manat həcmində mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1% çoxdur. "Report"un Banka istinadən verdiyi xəbərə görə, cari ilin ilk rübündə gəlirlər 17 148,0 min manat, xərclər 11 148,0 min manat təşkil edib.

Hesabata əsasən, cari il aprelin 1-nə Bankın aktivləri 491 379,8 min manat, kredit portfeli 434 442,3 min manat, depozit portfeli 416 172,7 min manat təşkil edib. Depozit portfelinin 55,2%-i və ya 229 810,7 min manatı əhalinin əmanətlərinin payına düşüb.

Cari il aprelin 1-nə "Atabank"ın nizamnamə kapitalı 50 mln. manat, məcmu kapitalı 60 037,1 min manat olub.

Son xəbərlər

Orphus sistemi