"Atabank"ın kapitallaşması 145 mln. manata çatıb

"Atabank"ın kapitallaşması 145 mln. manata çatıb Bankın aktivləri isə 34% artaraq 60 mln. manata yüksəlib
Maliyyə
28 Avqust , 2017 15:17
Atabankın kapitallaşması 145 mln. manata çatıb

Bakı. 28 avqust. REPORT.AZ/ "Atabank" ASC-nin məcmu kapitalının həcmi 144,7 mln. manatdır ki, bu göstərici üzrə o, Azərbaycanda 4-cü bankdır. 

"Report" xəbər verir ki, bunu "Unionpay International Co." şirkəti ilə əməkdşalığa dair müqavilənin imzalanması mərasimində çıxış edən "Atabank" ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev deyib.

D.Quliyevin sözlərinə görə, Bankın aktivləri 34% artıb: "Bankımızın aktivləri 34% artaraq 60 mln. manat təşkil edib. Bu da "Atabank"ı ölkədə 9-cu pilləyə yüksəldib".

Son xəbərlər

Orphus sistemi