ASK Prezident Administrasiyasına müraciət edib

ASK Prezident Administrasiyasına müraciət edib Qeyri-bank təşkilatlarının da "Kredit Zəmanət Fondu"nun fəaliyyəti ilə əhatə olunması təklif edilir
Maliyyə
6 Oktyabr , 2017 10:05
ASK Prezident Administrasiyasına müraciət edib
ASK-nın prezidenti Məmməd Musayev / Report/ Orkhan Azim

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ölkədəki bank olmayan kredit təşkilatlarının (BOKT) “Kredit Zəmanət Fondu” ASC-nin fəaliyyəti ilə əhatə olunması üçün Prezident Administrasiyasına müraciət edib.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinlikləri və imkanlar” adlı V İnvestorlar Yarmarkasında ASK-nın prezidenti Məmməd Musayev deyib: “Fondun BOKT-ların verdiyi kreditlərə zəmanət verməsi məsələsi əvvəlcədən yox idi. Bununla bağlı ölkə prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirova müraciət etmişik. Ümid edirəm ki, tezliklə bu məsələ həllini tapacaq". 

"Hazırda Azərbaycanda qeyri-neft sektorunun, kiçik və orta biznesin inkişafı, pambıqçılıq, tütünçülük, fındıqçılıq kimi sahələrin dirçəldilməsinə böyük diqqət yetirilib. Bu diqqət Azərbaycanın mikromaliyyə təşkilatları üçün fürsətdir və onların da inkişafına səbəb olacaq”, - deyə ASK başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi