Asiya İnkişaf Bankı Azərbaycanda işləmək üçün beynəlxalq ekspert axtarır

Asiya İnkişaf Bankı Azərbaycanda işləmək üçün beynəlxalq ekspert axtarır 264 günlük layihə üçün ümumilikdə 78 min dolların ayrılması planlaşdırılır
Maliyyə
350
4 Noyabr , 2016 16:14
Asiya İnkişaf Bankı Azərbaycanda işləmək üçün beynəlxalq ekspert axtarır

Bakı. 4 noyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) “Asiya İnkişaf Proqnozu-2016-2018/Asiya İnkişaf Proqnozu-2017 (Sublayihə 2): Mərkəzi Asiya” (Asian Development Outlook 2016-2018 - Asian Development Outlook 2017 (Subproject 2) – Central Asia) layihəsi çərçivəsində “fərdi konsultant seçimi” metodu ilə beynəlxalq ekspert axtarır. 

“Report” xəbər verir ki, sənəd qəbulu üçün son tarix noyabrın 10-u müəyyən edilib.

Məlumata görə, 264 günlük layihə üçün ümumilikdə 78 min ABŞ dollarının ayrılması planlaşdırılır. Seçiləcək şəxs Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda işləyəcək.

Maliyyələşmə şərtlərinə gəlincə isə ayrılacaq 78 min dolların 76 822 dolları əsas xərclər, 1 178 min dolları isə gözlənilməyən xərclər üçün nəzərdə tutulub.

Qeyd edək ki, elan edilən müsabiqədən keçən uğurlu namizədin 2017-ci il yanvarın 9-dan fəaliyyətə başlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi