"Asel Kredit" BOKT-un xalis mənfəəti 2 dəfədən çox artıb

"Asel Kredit" BOKT-un xalis mənfəəti 2 dəfədən çox artıb "Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 70 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
7 İyun , 2021 11:59
Asel Kredit BOKT-un xalis mənfəəti 2 dəfədən çox artıb

"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 70 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,2 dəfə çoxdur.

Ötən il "Asel Kredit"in vergiyəqədərki mənfəəti 87 min manat (əvvəlki ilə nisbətən 2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 17 min manat (2,1 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Asel Kredit"in aktivləri 8,012 milyon manat olub ki, bu da illik müqayisədə 6,5% azdır. Bunun 6,622 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 3,8% böyüyüb.

Hesabat dövründə "Asel Kredit"in öhdəlikləri 11,7% azalaraq 4,622 milyon manata düşüb, balans kapitalı isə 1,7% artaraq 3,39 milyon manata çatıb.

Xatırladaq ki, "Asel Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi