ASA-nın Qeyri-həyat sığortası komitəsinin ümumi fəaliyyət istiqamətləri müəyyən edilib

ASA-nın Qeyri-həyat sığortası komitəsinin ümumi fəaliyyət istiqamətləri müəyyən edilib Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin Qeyri-həyat sığortası komitəsinin iclası keçirilib.
Maliyyə
30 Mart , 2018 12:05
ASA-nın Qeyri-həyat sığortası komitəsinin ümumi fəaliyyət istiqamətləri müəyyən edilib

Bakı. 30 mart. REPORT.AZ/ "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Qeyri-həyat sığortası komitəsinin iclası keçirilib. 

“Report” ASA-ya istinadən xəbər verir ki, iclasda qurumun sədri Mustafa Abbasbəyli və digər əməkdaşları, eləcə də komitənin sədri Fərid Hidayətov və “Atasığorta”, “Meqa Sığorta”, “Azsığorta” və “Rəvan Sığorta” ASC-lərin nümayəndələrindən ibarət digər üzvlər iştirak ediblər.

Tərəflər komitənin ümumi iş prinsipini müzakirə edib və fəaliyyət istiqamətlərini müəyyən ediblər. Eləcə də komitə üzvləri gündəliyə çıxarmaq məqsədi ilə bəzi məsələləri səsləndirib və həmin mövzular ətrafında fikir mübadiləsi aparılaraq onların komitənin növbəti görüşlərinin gündəliyinə daxil edilməsi və daha geniş müstəvidə müzakirəyə çıxarılmasına qərar veriblər. 

Son xəbərlər

Orphus sistemi