ASA-da yeni komitə sədri seçildi

ASA-da yeni komitə sədri seçildi Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin növbəti iclası keçirilib
Maliyyə
165
17 Sentyabr , 2020 11:56
ASA-da yeni komitə sədri seçildi

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq komitəsinə yeni sədr seçilib.

ASA-dan “Report”a verilən məlumata görə, bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlərdən biri komitə sədrliyi ilə bağlı olub. Bu vəzifəyə ASA-nın hüquqşünası Əziz Əlizadə seçilib.

Qeyd edək ki, Ə.Əlizadə əmək fəaliyyəti ərzində müxtəlif yerli və xarici şirkətlərin menecmentində təmsil olunub. O, təşkilati strukturun idarə edilməsi, yeni biznes müəssisələrin inkişaf etdirilməsi, şirkətdaxili korporativ hüquqi problemlərin həlli, o cümlədən genişmiqyaslı beynəlxalq tiçarət əməliyyatlarını həyata keçirib.

Son xəbərlər

Orphus sistemi