Artur Rasizadə: "Ötən il Azərbaycanda makroiqtisadi sabitlik qorunub"

Artur Rasizadə: "Ötən il Azərbaycanda makroiqtisadi sabitlik qorunub" Azərbaycanın baş naziri parlamentdə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib
Maliyyə
17 Mart , 2015 12:44
Artur Rasizadə: Ötən il Azərbaycanda makroiqtisadi sabitlik qorunub

Bakı. 17 mart. REPORT.AZ/ “Ötən il ərzində Azərbaycanın makroiqtisadi sabitliyi qorunub, iqtisadiyyat şaxələndirilib, xalqın rifahı yüksəldilib. 2014-cü ildə ÜDM 2,8% artaraq 59 mlrd. manata çatıb. Orta aylıq əmək haqqı 5,4%, əhalinin gəlirləri 4,8%, əmanətlər 12,4% artıb. İllik inflyasiya 1,4% səviyyəsində saxlanılıb”. “Report” xəbər verir ki, bunu Azərbaycanın baş naziri Artur Rasizadə parlamentdə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları 51,3 mlrd. dolları keçib: “Bu da ölkənin xarici borcunu 8 dəfə üstələyir. Ölkədə yaşa görə pensiya 192 manata çatıb. Yoxsulluq səviyyəsinin azaldılması yenə də hökumətin diqqət mərkəzində saxlanılıb və nəticədə ölkədə yoxsulluq həddi 5%-ə düşüb. Məcburi köçkün və qaçqınların yaşayış səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılıb. Hesabat ilində onlar üçün 6 yeni qəsəbə salınıb, 4 min məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib. Məcburi köçkünlərin mənzillə təminatı yaşayış səviyyəsinin yüksəldilməsinə 630 mln. manat vəsait ayrılıb”.

Baş nazir onu da qeyd edib ki, hesabat ilində Azərbaycanda yaradılan yeni müəssilərin sayı 16% artıb, bölgələrdən vergi daxilolmlarında 9,4% artım qeydə alınıb: “Beynəlxalq maliyyə qurumları ilə 978 mln. dollarlıq kredit sazişi imzalanıb. 2014-cü ilin "Sənaye ili" olması iqtisadiyyatın şaxələndirilnməsində öz rolunu oynayıb. Nəticədə, ölkədə 230 yeni sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatı da daim hökumətin diqqətində saxlanılır və 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi də bu sektorun gələcək inkişafa hesablanmış mühüm qərarlardandır”.

Son xəbərlər

Orphus sistemi