Argentinada rekord inflyasiya gözlənilir

Argentinada rekord inflyasiya gözlənilir Argentinada 2022-ci ildə inflyasiya son əsrin ən yüksək göstəricinə - 76%-ə çatacaq. Bu da Venesueladan sonra regionda ən yüksək göstəricidir.
Maliyyə
9 İyul , 2022 06:53
Argentinada rekord inflyasiya gözlənilir

Argentinada 2022-ci ildə inflyasiya son əsrin ən yüksək göstəricisinə - 76%-ə çatacaq. Bu da Venesueladan sonra regionda ən yüksək göstəricidir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Argentina Mərkəzi Bankının ekspertlər arasında keçirdiyi sorğunun nəticələri göstərir.

“Bazar analitikləri cari il üçün inflyasiyanı 76% səviyyəsində proqnozlaşdırırlar”, - Mərkəzi Bankın hesabatında deyilir.

Xatırladaq ki, 2021-ci ildə Argentinada inflyasiya 50,9%-ə çatıb. Bu da Latın Amerikası ölkələri arasında ən yüksək göstəricilərdən biridir.

Son xəbərlər

Orphus sistemi