Argentina 100 illik istiqraz buraxıb

Argentina 100 illik istiqraz buraxıb İstiqrazlara tələbat emissiyanın həcmindən 4 dəfə çox olub
Maliyyə
160
20 İyun , 2017 12:37
Argentina 100 illik istiqraz buraxıb

Bakı. 20 iyun. REPORT.AZ/ Argentina 2,75 mlrd. ABŞ dolları həcmində 100 illik beynəlxalq istiqraz emissiyasının yerləşdirilməsini uğurla həyata keçirib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, istiqrazlara tələbat emissiya həcmindən 3,5 dəfə çox olub. Bu, istiqrazların gəlirliliyinin 7,9% kimi yüksək həddə təklif edilməsi ilə bağlıdır.

Argentinanın beynəlxalq maliyyə bazarlarından borclanmasına səbəb onun ÜDM-in 4,2%-nə çatan büdcə kəsirini maliyyələşdirməkdir. Ölkənin maliyyə naziri Luis Kaputo bildirib ki, Argentina bu il daha 2,6 mlrd. dollarlıq istiqraz yerləşdirəcək. Yeni istiqrazların avro, yen və ya İsveçrə frankında olması gözlənilir.

Argentinanın istiqrazlarına yüksək tələb maliyyə bazaları analitiklərini təəccübləndirib. Belə ki, Argentina kreditorları ilə 2001-ci ildə yaranan mübahisəni yalnız 2016-cı ildə bitirib. "Puma Investors" investisiya şirkətinin icraçı direktoru Xorxe Pyedraxitanın sözlərinə görə, Argentinanın tarixində elə bir 20-illik dövr yoxdur ki, ölkə defoltla üzləşməsin.

Son xəbərlər

Orphus sistemi