ARDNF valyuta satışını 31% azaldıb

ARDNF valyuta satışını 31% azaldıb Bu ilin I yarısında hərracdankənar alqı-satqı əməliyyatlarının həcmi 417 mln. ABŞ dolları olub
Maliyyə
4 Avqust , 2017 18:30
ARDNF valyuta satışını 31% azaldıb

Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici valyuta satışları 1 687,6 mln. ABŞ dolları təşkil edib. 

“Report” Azərbaycan Mərkəzi Bankının yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 30,8% azdır.

Qeyd edək ki, 6 ay ərzində ARDNF və Azərbaycan Mərkəzi Bankı birlikdə 47 valyuta hərracı keçirib. İcmalda bildirilir ki, hesabat dövründə AMB-də valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının "Bloomberg" platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. 6 ay ərzində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 417 mln. ABŞ dolları olub.