ARDNF valyuta satışını 2,1 dəfə artırıb

ARDNF valyuta satışını 2,1 dəfə artırıb Bakı. 6 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 634,9 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Maliyyə
6 Fevral , 2019 09:38

Bakı. 6 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 634,9 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 335,8 mln. dollar və yaxud 2,1 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin yanvar ayı ərzində 299,1 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

İngilis versiyası SOFAZ doubles currency sale

Son xəbərlər

Orphus sistemi