ARDNF Türkiyə və Rusiyanın milli valyutalarının ucuzlaşması ilə bağlı açıqlama yayıb

ARDNF Türkiyə və Rusiyanın milli valyutalarının ucuzlaşması ilə bağlı açıqlama yayıb Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya strategiyasının optimallaşdırılması, investisiya portfelinin şaxələndirilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədilə nvestisiya portfelinin əsasını təşkil edən aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, avrozona ölkələri və Böyük Britaniya) valyutaları ilə yanaşı digər ölkələrin valyutalarında ifadə olunan aktivlərə də sərmayə qoyur.
Maliyyə
14 Avqust , 2018 14:28
ARDNF Türkiyə və Rusiyanın milli valyutalarının ucuzlaşması ilə bağlı açıqlama yayıb

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya strategiyasının optimallaşdırılması, investisiya portfelinin şaxələndirilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədilə nvestisiya portfelinin əsasını təşkil edən aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, avrozona ölkələri və Böyük Britaniya) valyutaları ilə yanaşı digər ölkələrin valyutalarında ifadə olunan aktivlərə də sərmayə qoyur. 

"Report" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki,  investisiya portfelində Çin yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu və Türkiyə lirəsi daxil olmaqla digər valyutalar da yer alır.

"ARDNF-nin investisiya portfelində bu ilin II rübünün sonuna təqribən 0,9% pay təşkil edən Türkiyənin dövlət istiqrazları və təqribən 0,9% pay təşkil edən Rusiyadakı investisiyalar ("VTB Bank"ın səhmləri və paytaxt Moskvanın Tverskaya küçəsi, 16 ünvanında yerləşən ofis-ticarət mərkəzi) cari bazar konyukturası nəzərə alınmaqla Fondun hazırkı investisiya strategiyası və müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir. Bununla yanaşı Fond son vaxtlar qeyd edilən ölkələrdə daha çox büruzə verən geosiyasi riskləri də nəzərə almaqla bütün investisiya portfelinin cari vəziyyətini, bazar konyukturasını və gözləntiləri ciddi şəkildə təhlil edir və zəruri olduqda çevik taktiki addımlarla investisiya portfelinə müvafiq dəyişikliklər edilir", - deyə açıqlamada qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi