ARDNF tender keçirir

ARDNF tender keçirir Tenderdə iştirak haqqı 100 manatdır
Maliyyə
1066
12 Aprel , 2017 08:55
ARDNF tender keçirir

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) şəbəkə hücumlarının aşkarlanması və mühafizə sistemi üzrə texniki xidmətin satın alınması (Lot-1), “Radware” lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması (Lot-2) və qızıl külçələrinin çəkilməsi üçün Almaniyanın Sartorius şirkətinin GBB 14202S- 0CE model elektron tərəzisinin və həmçinin F1 və E2 sinifində olan etalon çəki daşları komplektinin satın alınması (Lot-3) üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır. İddiaçılar ilkin sənədləri mayın 15-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 24-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanına təqdim etməlidirlər.

Təkliflərə mayın 25-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi