ARDNF səhmdarı olduğu Rusiyanın "VTB Bank"ından dividendin artacağını gözləyir

ARDNF səhmdarı olduğu Rusiyanın "VTB Bank"ından dividendin artacağını gözləyir Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2,95%-lik pay sahibi olduğu Rusiyanın VTB Bankından dividend ödənişinin yüksək olacağını gözləyir.
Maliyyə
11 Aprel , 2018 13:50
ARDNF səhmdarı olduğu Rusiyanın VTB Bankından dividendin artacağını gözləyir

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2,95%-lik pay sahibi olduğu Rusiyanın "VTB Bank"ından dividend ödənişinin yüksək olacağını gözləyir.

"Report" xəbər verir ki, bunu ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, gələn ay Sankt-Peterburq şəhərində (Rusiya) bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək: "Yığıncaqda həm Müşahidə Şurasının yeni üzvləri təyin olunacaq, həm də 2017-ci ilin nəticələrinə əsasən dividendlərin ödənilməsi gözlənilir. Bu il əvvəlki ilə nisbətən dividendin kəskin artacağını gözləyirik". 

Ş.Mövsümov fondun "VTB Bank"da payının artırılması barədə planın olmadığını da deyib. 

Son xəbərlər

Orphus sistemi