ARDNF-nin səhmdarı olduğu Rusiya bankı xalis mənfəətini 49% artırıb

ARDNF-nin səhmdarı olduğu Rusiya bankı xalis mənfəətini 49% artırıb Bakı. 26 fevral. REPORT.AZ/ Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına əsasən Rusiyaya məxsus Bank VTBnin 2017-ci il ilə müqayisədə 2018-ci ildə xalis mənfəəti 48,9% artaraq 178,8 mlrd. rubl təşkil edib.
Maliyyə
26 Fevral , 2019 14:53
ARDNF-nin səhmdarı olduğu Rusiya bankı xalis mənfəətini 49% artırıb

Bakı. 26 fevral. REPORT.AZ/ Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına əsasən Rusiyaya məxsus "Bank VTB"nin 2017-ci il ilə müqayisədə 2018-ci ildə xalis mənfəəti 48,9% artaraq 178,8 mlrd. rubl təşkil edib.

“Report” VTB-yə istinadən xəbər verir ki, bankın əsas fəaliyyətindən sabit gəlirlər, xərclərin effektlivliyinin yüksəldilməsi, ehtiyatların ayrılması üçün xərclərin azalması mənfəətin artmasına səbəb olub.

2018-ci ilin IV rübündə korportaiv və pərakəndə kredtiləşmədə davamlı artım fonunda VTB-nin xalis faiz gəlirləri 1,8% artaraq 468,6 mlrd. rubl olub.

Hesabat dövründə bankın kredit portfeli 18,7% artaraq 11,43 trln. rubla çatıb. O cümlədən, fiziki şəxslərin kreditləşməsi 28,7% artaraq 3 trln. rubl, hüquqi şəxslərin kreditləşməsi isə 15,5% artaraq 8,44 trln. rubla bərabər olub. Kredit portfelində qeyri-işlək kreditlərin həcmi ötən ilin əvvəlindəki 6,9%-dən 5,7%-ə qədər azalıb. Ötən il bankın müştərilərinin vəsaitləri 15,9% artaraq 10,4 trln. rubl, o cümlədən fiziki şəxslərin vəsaitləri 21,7% artaraq 4,4 trln. rubl, hüquqi şəxslərin isə 8,6% artaraq 6 trln. rubla bərabər olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bankdakı iştirak payı 2,95%-ə bərabərdir.

Son xəbərlər

Orphus sistemi