ARDNF pul bazarı alətləri üzrə investisiya portfelinin tərkibini açıqlayıb

ARDNF pul bazarı alətləri üzrə investisiya portfelinin tərkibini açıqlayıb Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 58,5 %-i AAA reytinqli olub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % bəndi çoxdur.
Maliyyə
21 Oktyabr , 2021 17:52
ARDNF pul bazarı alətləri üzrə investisiya portfelinin tərkibini açıqlayıb

Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 58,5 %-i AAA reytinqli olub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % bəndi çoxdur.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, Neft Fondu AA reytinqli alətlərin xüsusi çəkisini 12,3 %-dən 15,7 %-ə qaldırıb, A reytinqli alətlərin xüsusi çəkisini isə 21,3 %-dən 16,6 %-ə endirib.

Hesabat dövründə Fondun investisiya portfelində BBB reytinqli alətlərin payı 8,2 %-dən 8 %-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə dəyişməyərək 1,2 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi