ARDNF ötən il səhm portfelindən 5% qazanıb

ARDNF ötən il səhm portfelindən 5% qazanıb Səhmlərdən əldə olunan mənfəət məcmu gəlirlərin 27%-nə bərabər olub
Maliyyə
29 Mart , 2017 15:52
ARDNF ötən il səhm portfelindən 5% qazanıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm portfelinin gəlirliliyi 2016-cı ildə 4,96% təşkil edib. 

ARDNF-dən "Report"a verilən məlumata görə, səhm portfeli ötən il məcmu investisiya portfelinin 9,24%-ni təşkil edib. Bununla da Fondun səhm portfelindən əldə etdiyi vəsait 173 mln. ABŞ dolları təşkil edib. 

ARDNF-in 2016-cı ildə vəsaitlərinin idarəetməsindən əldə etdiyi gəlirləri isə 636 mln. dollar olub. Yəni, səhm portfelindən əldə olunan gəlir idarəetmə gəlirlərinin 27%-nə bərabər olub. Xatırladaq ki, ARDNF səhmlərə yatırılan sərmayələrin məcmu investisiya portfelində xüsusi çəkisini 15%-dək (əvvəlki limit 10% olub) artırmağı planlaşdırır.

ARDNF-in səhm portfelinə daxil olan indekslər isə 24 ölkəni və 1 600-dan çox iri şirkətləri əhatə edən, daha çox diversifikasiya olunmuş və bu şirkətlərin səhmlərinin bazar dəyərlərinə uyğun şəkildə təmsil olunduğu indekslərdir. ARDNF-in səhm portfelinə “MSCI World”, “MSCI Europe ex-UK” və “S&P 100” səhm indeksləri, eləcə də "VTB Bank"dakı (Rusiya) strateji səhm payı daxildir.

Qeyd edək ki, ARDNF-in ümumi aktivlərinin həcmi 2016-cı il yanvarın 1-nə 33 574 mln. dollar, 2017-ci il yanvarın 1-nə isə 33 147 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi