ARDNF-nin Müşahidə Şurasına yeni üzv təyin edilib

ARDNF-nin Müşahidə Şurasına yeni üzv təyin edilib Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.
Maliyyə
6 May , 2020 15:20
ARDNF-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
0 : 00
0 : 00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.

Bu barədə "Report"a Fonddan bildirilib.

Adil Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavinidir. Əvvəllər Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Baş Nazir, Milli Məclis sədrinin müavini, Azərbaycan  Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

Son xəbərlər

Orphus sistemi