Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan “Report”a verilən məlumata görə, bundan 61,4 milyon ABŞ dolları 19 banka satılıb.
Qurumun açıqlamasında deyilir ki, il ərzində hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Qeyd edək ki, ARNDF-dən əlavə bugünki hərraca Azərbaycan Mərkəzi Bankı da 50 mln. dollar çıxarıb.