ARDNF investisiya portfelində qızılın payını artırıb

ARDNF investisiya portfelində qızılın payını artırıb ​​​​​​​ Fondun investisiya portfelində səhmlərin payı 12,4 %-dən 17 %-ə artıb, daşınmaz əmlakın payı isə dəyişməyərək 6,1 % səviyyəsində qalıb
Maliyyə
3 May , 2021 15:49
ARDNF investisiya portfelində qızılın payını artırıb

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiyalarının xüsusi çəkisi 4,7 % bəndi azalaraq 64 %-ə düşüb.

"Report"un məlumatına görə, bu barədə Fondun yaydığı hesabatda deyilir.

Məlumata görə, əvəzində Fond investisiya portfelində səhmlərin payını 12,4 %-dən 17 %-ə, qızılın payını isə 12,8 %-dən 12,9 %-ə dəyişib, daşınmaz əmlakın payını dəyişməyərək 6,1 % səviyyəsində saxlayıb.

2021-ci ilin birinci rübündə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 57,1 %-i AAA reytinqli olub. Bu, 1 il əvvələ nisbətən 0,7 faiz bəndi çoxdur.

Əvəzində Fond AA reytinqi alətlərin xüsusi çəkisini 12 %-dən 11,9 %-ə, A reytinqi alətlərin xüsusi çəkisini 19,2 %-dən 20,9 %-ə, BBB reytinqli alətlərin xüsusi çəkisini 9,4 %-dən 8,8 %-ə endirilib.

Qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə dəyişməyərək 1,4 %-dən 1,3 %-ə endirilib.

Son xəbərlər

Orphus sistemi