ARDNF investisiya portfelində borc alətlərinin payını azaldıb

ARDNF investisiya portfelində borc alətlərinin payını azaldıb Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 63,1% təşkil edib.
Maliyyə
21 oktyabr 2021 13:50
ARDNF investisiya portfelində borc alətlərinin payını azaldıb

Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 63,1% təşkil edib.

"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 2,1 faiz bəndi azdır.

Əvəzində Fond portfeldə səhmlərin payını 3,7 faiz bəndi artırarıq 14,4%-dən 18,1%-ə çatdırıb.

Hesabat dövründə portfeldə daşınmaz əmlakın payı dəyişməyərək 6% qalıb, qızılın payı isə 1,6 faiz bəndi azalaraq 14,4%-dən 12,8%-ə düşüb.

Xatırladaq ki, hazırda ARDNF-in 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eynidir.

Son xəbərlər

Orphus sistemi