Bu il yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) birgə müəssisələrə investisiyaları 791,488 milyon manat təşkil edib.
“Report”un məlumatına görə, bu barədə Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,3 % azdır.
2022-ci ilin sonuna ARDNF-in birgə müəssisələrə investisiyaları onun aktivlərinin 0,9 %-ni təşkil edib. Bu nisbət 2021-ci ilin sonuna 1,4 % olub.