Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hələlik Beynəlxalq Bankda (ABB) yerləşdirdiyi depozitin həcmini artırmaq niyyəti yoxdur. "Report" xəbər verir ki, bu barədə ARDNF-də keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
"Dövlət Neft Fondunun ümumi aktivlərinin 5%-ə qədərini yerli iri banklarda yerləşdirmək imkanı var. Hazırda Azərbaycan Beynəlxalq Bankında 1 mlrd. dollar həcmində depozit yerləşdirilib. Yarım milyarda qədər əlavə depozit yerləşdirmə imkanı var. Hazırda belə plan yoxdur, amma bu, mümkündür", - deyə icraçı direktor əlavə edib.
Ş.Mövsümovun sözlərinə görə, Fondun Azərbaycanın digər banklarında depozit yerləşdirmək planı yoxdur.