"Aqrolizinq" nizamnamə kapitalını artırır

"Aqrolizinq" nizamnamə kapitalını artırır Səhmdarlar iyunun 14-də toplaşacaq
Maliyyə
10 İyun , 2016 11:08
Aqrolizinq nizamnamə kapitalını artırır

Bakı. 10 iyun. REPORT.AZ/ "Aqrolizinq" ASC-nin səhmdarlarının iyunun 14-də ümumi yığıncağı keçiriləcək. "Report" bu barədə şirkətin rəsmi qəzetdəki elanına istinadən xəbər verir. 

Yığıncağın gündəliyinə "Aqrolizinq"in nizamnamə kapitalının artırılması məsələsi daxildir. Ümumi yığıncaq Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi,40 (Hökumət Evi, VII mərtəbə) ünvanında keçiriləcək. 

Qeyd edək ki, "Aqrolizinq" ASC səhmdarlarının iyunun 6-na təyin olunmuş iclası təxirə salınmışdır.

Son xəbərlər

Orphus sistemi