Bakı. 26 may. REPORT.AZ/ İyulun 3-də, saat 15:00-da Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Hökumət Evində (Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 40 ünvanında) olacaq.
Yığıncağın gündəliyinə lizinq şirkətinin nizamnamə kapitalının artırılması məsələsi daxildir.