“Aqrolizinq” auditor seçir

“Aqrolizinq” auditor seçir Səhmdar cəmiyyəti kənar audit xidmətinin satın alınması məqsədi ilə açıq tender elan edib
Maliyyə
26 İyun , 2018 10:45
“Aqrolizinq” auditor seçir
0 : 00
0 : 00

Bakı. 26 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC kənar audit xidmətinin satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 26-na qədər tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 9-na qədər səhmdar cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 12 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Vəfa Abdullayevadır.

Təkliflərə avqustun 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi