"Aqrarkredit" BOKT-un xalis mənfəəti 3 dəfə artıb

"Aqrarkredit" BOKT-un xalis mənfəəti 3 dəfə artıb "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 611 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
24 İyul , 2020 11:14
Aqrarkredit BOKT-un xalis mənfəəti 3 dəfə artıb

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 611 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 2,9 dəfə çoxdur.

Ötən il "Aqrarkredit"in vergiyəqədərki mənfəəti 745 min manat (illik müqayisədə 48,1% çox), mənfəət vergisi ödəmələri isə 292 min manat (53,4% az) təşkil edib.

Bu il yanvarın 1-nə "Aqrarkredit"in aktivləri 12 554,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,1% azdır. Bunun 12 125,7 milyon manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən alınmış aktivlər, 78,6 milyon manatı isə müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bu rəqəmlər müvafiq olaraq 5,1% və 2,6% kiçilib.

Hesabat dövründə "Aqrarkredit"in öhdəlikləri 7,1% azalaraq 12 531 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının dəyəri 7% azalaraq 12 505,9 milyon manata düşüb, balans kapitalı isə 1,9% artaraq 23,7 milyon manata çatıb.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,7 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.

Son xəbərlər

Orphus sistemi