Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM) 2021-ci il üzrə maliyyə nəticələrinin auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini aprelin 28-İ, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.
Sorğunun nəticəsi aprelin 28-də, saat 14:00-da portalda açıqalnacaq.