“Aqrar Tədarük və Təchizat” sığortaçı seçir

“Aqrar Tədarük və Təchizat” sığortaçı seçir Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC Hyundai HD 78 markalı yük avtomobillərinin 12 ay müddətinə könüllü (KASKO) sığorta olunması xidməti üçün açıq tender elan edib.
Maliyyə
31 yanvar 2023 08:35
“Aqrar Tədarük və Təchizat” sığortaçı seçir

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC yük avtomobillərinin 1 illik könüllü (KASKO) sığorta olunması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 21-I, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 1-I, saat 18:00-a qədər səhmdar cəmiyyətin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, 57 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə martın 2-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi