Anar Kərimov: "2022-ci ildə işsizlikdən sığorta ödənişinin əhatə dairəsi genişləndiriləcək"

Anar Kərimov: "2022-ci ildə işsizlikdən sığorta ödənişinin əhatə dairəsi genişləndiriləcək" "2022-ci ildə işsizlikdən sığorta ödənişinin əhatə dairəsi daha da genişləndiriləcək. Gələn il Azərbaycanda 4 regional iri əmək yarmarkası və digər işlərin təşkil olunması nəzərdə tutulur".
Maliyyə
17 Noyabr , 2021 13:19
Anar Kərimov: 2022-ci ildə işsizlikdən sığorta ödənişinin əhatə dairəsi genişləndiriləcək

"2022-ci ildə işsizlikdən sığorta ödənişinin əhatə dairəsi daha da genişləndiriləcək. Gələn il Azərbaycanda 4 regional iri əmək yarmarkası və digər işlərin təşkil olunması nəzərdə tutulur".

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, növbəti ildə də məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması işi davam etdiriləcək: “Vahid əmək münasibətləri platforması və ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət və səyyar yoxlama sistemləri, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı, BACAR innovativ platforması üzrə işlər tamamlanacaq”.

Nazir müavini bildirib ki, bu, elektron xidmətlər ölkənin bütün insan resursları əməliyyatlarının tamailə elektron müstəviyə keçidini, inzibati ərazi vahidləri üzrə məşğulluq, əmək ehtiyatları göstəricilərinin və s. onlayn müstəviyə daşınmasını təmin edəcək: "Gələn il ölkədə məşğulluq tədbirlərinin əhəmiyyətli hissəsi işğaldan azad edilən bölgələrin sosial-iqtisadi inkişafına və bu bölgələrə geri dönəcək həmvətənlərimizin layiqli məğulluğunun təmin edilməsinə yönəldiləcək”.

Son xəbərlər

Orphus sistemi