Analitiklər: "Kreml siyahısı"nın rubla təsiri cüzi olacaq

Analitiklər: "Kreml siyahısı"nın rubla təsiri cüzi olacaq Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ-ın Kreml siyahısının Rusiya maliyyə bazarlarına, fond birjalarına və rublun məzənnəsinə təsiri məhdud olacaq. 
Maliyyə
30 Yanvar , 2018 12:30
Analitiklər: Kreml siyahısının rubla təsiri cüzi olacaq

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ-ın "Kreml siyahısı"nın Rusiya maliyyə bazarlarına, fond birjalarına və rublun məzənnəsinə təsiri məhdud olacaq. 

"Report" xəbər verir ki, belə bir nəticə RİA "Novosti" agentliyinin sorğusu əsasında formalaşıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi "Kreml məruzəsi" çərçivəsində Rusiyanın 96 iri biznesmeni və 114 siyasətçisinə sanksiya tətbiq edə biləcəyini açıqlayıb. Xəbərdən sonra Rusiyada dolların məzənnəsi 56,6 RUB/USD, avro - 70,1 EUR/USD səviyyəsində sabit qalıb, Moskva Birjası 0,4%, RTS indeksi isə 0,3% azalma göstərib.

"Alpari" investisiya şirkətinin baş analitiki Vadim İosub və "Fridom Finans" şirkətinin fond birjalarında əməliyyatlar üzrə idarə rəhbəri Georgiy Vaşşenkoya görə, maliyyə bazarları qərara təmkinli reaksiya verəcək. Fond birjalarında son zamanlar baş verən sürətli artım diqqətə alınarsa, fevral ayında indekslərdə müəyyən korreksiya müşahidə oluna bilər.

Son xəbərlər

Orphus sistemi