​“Amrahbank”ın Bakıda yeni filialı açılıb

​“Amrahbank”ın Bakıda yeni filialı açılıb Azərbaycanın “Amrahbank” ASC-nin Bakı şəhəri Badamdar qəsəbəsi, I yaşayış massivi, 262A ünvanında
Maliyyə
15 Sentyabr , 2014 17:39
​“Amrahbank”ın Bakıda yeni filialı açılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Amrahbank” ASC-nin Bakı şəhəri Badamdar qəsəbəsi, I yaşayış massivi, 262A ünvanında fəaliyyət göstərən "Sahil" filialının açılış mərasimi keçirilib. Bu barədə Report-a “Amrahbank”ın mərkəzi ofisindən məlumat verilib.

"Sahil" filialı həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri, plastik kartlarla əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və s. xidmətləri təklif edir.

Açılış mərasimində Müşahidə Şurasının sədri Yunis İldırımzadə, İdarə Heyətinin üzvləri, bankın təşkilati-struktur rəhbərləri, filial direktorları və qonaqlar iştirak ediblər.

Y.İldırımzadə filialın Bankın fəaliyyətə başladığı gündən sayca 24-cü olduğunu, bankın PWC şirtkəti tərəfindən hazırlanmış audit hesabatına əsasən fevral ayından etibarən məcmu kapitalının hazırda 55 mln. manata bərabər olduğunu qeyd edib. Bankın aktiv kredit siyasəti həyata keçirdiyini bildirən Müşahidə Şurasının sədri bunun beynəlxalq şirkətlərin də diqqətini çəkdiyini və buna görə də yaxın zamanlarda “Global Banking and Finans Review” Nəşriyyat Qrupunun "Amrahbank"ın 2013-cü ildə mikro-, kiçik- və orta sahibkarlığa göstərilən xidmətlərə görə Azərbaycanın ən sürətlə inkişaf edən bankı mükafatına layiq gördüyünü bildirib.

Xatırladaq ki, 1993-cü ildə təsis edilmiş “Amrahbank” ASC-nin hazırda regionlarda 23 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Bəhreyn Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Son xəbərlər

Orphus sistemi